
Bu gün ALSA Azərbaycan (Asiya Hüquq Tələbələri Assosiasiyası) ilə rəsmi əməkdaşlıq razılığına gəldik.
ALSA Azərbaycan, hüquq ixtisası üzrə təhsil alan tələbələrin və gənc hüquqşünasların peşəkar, akademik və praktiki inkişafını sistemli şəkildə dəstəkləyən nüfuzlu qeyri-kommersiya tələbə təşkilatıdır. Təşkilat hüquq sahəsində biliklərin dərinləşdirilməsi, praktik bacarıqların formalaşdırılması və real iş mühitinə hazırlıq məqsədilə təlimlər, seminarlar, forumlar, panel müzakirələri və hüquqi müsabiqələr təşkil edir. ALSA Azərbaycan hüquq tələbələrini yalnız nəzəri biliklərlə deyil, eyni zamanda təcrübə, peşəkar əlaqələr və analitik hüquqi düşüncə ilə gücləndirməyi hədəfləyən mühüm bir platformadır.
Humel Psixologiya Mərkəzi olaraq biz, hər zaman tələbələrin və gənclərin şəxsi inkişafına, eləcə də onların psixoloji rifahının gücləndirilməsinə xüsusi önəm veririk. Sağlam düşüncə, emosional dayanıqlılıq və psixoloji balansın fərdi potensialı real peşəkar uğura çevirən əsas faktorlar olduğuna inanırıq.
Bu ortaq dəyərlər və vizyon çərçivəsində, ALSA Azərbaycan ilə aktiv əməkdaşlıq edərək, hüquq tələbələrinin həm peşəkar inkişafını, həm də psixoloji olaraq daha sağlam və dayanıqlı fərdlər kimi formalaşmasını hədəfləyən müxtəlif təlimlər, maarifləndirici proqramlar və layihələr həyata keçirəcəyik.
Bu əməkdaşlığın reallaşmasındakı dəstəyinə görə ALSA Azərbaycan`ın prezidenti Aysel xanıma öz dərin təşəkkürümüzü bildiririk.
Tags: Humel Psixologiya Mərkəzi ALSA Azərbaycan Hüquq tələbələrinin inkişafı Hüquq tələbələri Gənc hüquqşünaslar Hüquq təhsili Strateji əməkdaşlıq Gənclərin şəxsi inkişafı Təhsil və psixoloji rifah Tələbələr üçün psixoloji dəstək Təlim və inkişaf proqramları Qeyri-kommersiya əməkdaşlığı Psixoloji dayanıqlılıq Akademik və peşəkar inkişaf Tələbə təşkilatları Gənclərin inkişafı psixologiya təhsil Psixoloji sağlamlıq Şəxsi inkişaf Emosional dayanıqlılıq korporativ əməkdaşlıq softskills

Write a comment